İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib
    • 2-05-2022, 16:58
    • 444

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib

Bu gün - mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.  Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib.

News24.az xəbər  verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dəvət minnətdarlıqla qəbul olunub.