Lənkəranda ana yeddi aylıq uşağını bətnində öldürdü
    • 11-12-2018, 10:59
    • 1 984

Lənkəranda ana yeddi aylıq uşağını bətnində öldürdü

Lənkəranda ana körpəsini bətnində dərmanla öldürüb.

Dekabrın 10-da, gecə saat 01:20 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı yeddi aylıq hamiləliklə Lənkəran rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinə gətirilib.

Doğuş zamanı dünyaya gələn körpə ölüb. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təqdim edilib. 

İlkin araşdırma zamanı Xədicə Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən doğulacaq qız uşağının xəstə olduğunu öyrənib.

Uşağın ölməsi üçün dekabrın 9-da gecə saat 01:00 radələrində dərman preparatı qəbul edib. 

Nəticədə, dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırma aparılır.