Doğuş zamanı daha bir uşaq ölümü baş verib -Cəlilabad
    • 8-11-2019, 22:40
    • 1 244

Doğuş zamanı daha bir uşaq ölümü baş verib -Cəlilabad

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü olub.

News24.az xəbər verir ki, Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova ötən gün gecə saatlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 

Doğum şöbəsinə yerləşdirilən hamilə qadın təbii doğuşla uşaq dünyaya gətirib. İlkin məlumata görə, uşaq ölü doğulub.

Meyit müayinə olunması üçün morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.