İlkin Süleymanov məhkəmədə sərbəst ifadə verib
    • 4-05-2022, 17:45
    • 483

İlkin Süleymanov məhkəmədə sərbəst ifadə verib

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanov məhkəmədə sərbəst ifadə verib.

News24.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov həbs olunandan sonra qətli boynuna götürmək üçün təzyiqlərə məruz qalmasından danışıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ona məcburi qaydada etiraf ərizəsi yazdırıblar: "Həbs olunduğum ilk günlər idi. Təzyiq altında mənə kağıza "Ata məni bağışla, bir səhvdir etmişəm", sözlərini yazdırdılar. O qədər təzyiq etdilər, sonda dedim ki, nə desəniz, bonuma alacam. Bunun çoxu rəis müavini Şahlar Cəfərovun otağında olub".

Təqsirləndirilən şəxs daha sonra Nərmin itkin düşdüyü vaxtlardan danışıb. İlkin Süleymanov Nərmini, ümumiyyətlə, tanımadığını deyib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib./Apa/