Putin Vahid Ələkbərovu təltif edib
    • 4-05-2022, 22:26
    • 346

Putin Vahid Ələkbərovu təltif edib

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Bu barədə müvafiq sərəncam rəsmi hüquq informasiya portalında dərc olunub.

“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında... Ələkbərov Vahid Yusufoviç 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur”, - deyə sənəddə qeyd olunub./Apa.az/