Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir
    • 5-05-2022, 15:12
    • 520

Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir

“Azərbaycanda pensiya təminatı 2017-ci ildən sərtləşib”.

News24.az
-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, Azərbaycanda demoqrafik vəziyyət dəyişib:

“5 və 5-dən çox uşağı olan ailələrin sayı azalıb. Biz artıq çoxuşaqlı ailələr məhfumuna yenidən baxmalıyıq”.

Deputat vurğulayıb ki, son 30 ildə Azərbaycanda pensiya yaşının dəyişdirilməsi elə ciddi dəyişikliklərə məruz qalmayıb:

“30 il ərzində ömür uzunluğu 2 yaş artıb. Azərbaycanda penisya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır”./Report/