Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisi KEÇİRİLƏCƏK
    • 5-05-2022, 20:12
    • 395

Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisi KEÇİRİLƏCƏK

18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” və 27-ci “Azərbaycan Beynəlxalq Qida Sənayesi” sərgiləri keçiriləcək.

Sərgilərdə müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd məhsulları, tütün və digər məhsullar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar nümayiş olunacaq
.
Sərgilər dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı üzrə idxalçıları, ixracatçıları, distribyutorları, topdan və pərakəndə satış təmsilçilərini, aparıcı istehsalçıları bir araya gətirəcək.

Sərgilərdə məhsullarını təqdim etmək istəyən mikro, kiçik və orta biznes subyektləri (KOB) müvafiq formanı dolduraraq 10 may 2022-ci il tarixinədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər:

https://smb.gov.az/az/contact-form/exhibition-form/1

KOB-ların bazarlara çıxışının genişləndirilməsinə və satışına dövlət dəstəyinin təmin olunması məqsədilə KOBİA-nın stendində sahibkarlar üçün ödənişsiz yer ayrılacaq, sərgilər çərçivəsində onların biznes əlaqələrini genişləndirməsi üçün görüşlərin təşkilinə dəstək göstəriləcəkdir.