Qazaxstanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
    • 11-12-2018, 13:59
    • 1 024

Qazaxstanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Qazaxstanın Aktau şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. 

Bu barədə Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun mətbuat xidmətindən bildrilib.
Tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.
Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Aktau şəhərindəki Baş Konsulluğunun başçısı Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyevtərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkənin qazandığı nailiyyətlər haqqında danışıb.
Daha sonra Azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov, professor Yusif Quliyev ulu öndərin həyat və fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirin sonunda Heydər Əilevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdilib.

//Report