"Geyinilmiş paltarlar təhlükəlidirmi?"-İkinci əl mağazalarından - VİDEOREPORTAJ
Sosial
Modanın keçiciliyi bir çox şeyin yaşını qısaltdı. Eləcə də geyimlərin. İnsanlar daha dəbli görünmək, daha fərqli geyinmək, daha ucuz qiymətə libaslar almaq üçün qarderobunu yeni deyil, bahalı olmayan və rahat paltarla zənginləşdirmək qərarına gəldi. Bu da şəhərdə ikinci əl geyimlərin satıldığı mağazalara tələbatı artırdı. Pandemiya dövründə bir çox iri ticarət mərkəzlərinin çalışmaması bu tələbatı daha da artırdı. Bu mağazalara şəhərin hər yerində təsadüf etmək olur. Elə buradan alış-veriş edən insanlar da kifayət qədərdir. Apardığımız sorğudan da məlum oldu ki, buradan geyim alan insanları mağazadakı geyimlərin sağlamlığa zərərli olub-olmaması qətiyyən maraqlandırmır.
Hər halda, alıcılarıa söhbətimizdə aldığımız cavablar bu qənaəti yaratdı: “Daimi buradan alış-veriş edirəm. Təmizliyinə tam əminəm. Bunun üçün də heç vaxt təmizliyə dair sənəd istəməmişəm. Geyimlər yuyulub-təmizlənir deyə heç vaxt sağlamlığa zərərli ola biləcəyi fikrində olmamışam.”
Əksinə, onlar əminliklə bu geyimlərin gigyenik olduğu qənaətindədirlər. Araşdırma zamanı 15 ilə yaxındır belə mağazalardan geyinən müştəriyə də rast gəldik, azyaşlı övladına geyim alana da: “20 ilə yaxındır bu mağazalardan geyim alıram. Bura gəlməyimə səbəb odur ki, geyimlər daha keyfiyyətli, daha ucuzdur. Bu illər ərzində heç vaxt problemlə qarşılaşmamışam.”
Doğrudanmı ikinci əl mağazalarda satılan geyimlər təhlükəli deyil, onların insan sağlamlığına hər hansısa zərəri yoxdur? Bu haqda infeksionist Adil Qeybulla ilə də söhbətləşdik: “Bu geyimlərin gigiyenik təmizləmədən keçməsi vacibdir. Yalnız bundan sonra həmin geyimlər satışa çıxarıla bilər. Onların yetərli dezinfeksiya olunmaması geyimdən istifadə edən şəxsi müxtəlif yoluxucu xəstəliklərə yoluxdura bilər. İstənilən məhsul təkrar istifadə olunacaqsa, o gigyenik işləmələrdən keçməlidir. Kimyəvi təmizlənmədən keçdikdən, dezinfeksiya edildikdən sonra bu geyimlər satışa yararlı hesab oluna bilər. İnsanlar geyim alarkən diqqət etməlidirlər ki, bu geyimlər həmin prosesdən keçsin. Bu işləmələrdən keçən paltarların üzərində virus, bakteriya, infeksiya qalma ehtimalı yoxdur. Lakin müxtəlif dəri xəstəliklərinin keçmə ehtimalı ola bilər. Buna görədə yaxşı olardı ki, insanlar bu geyimləri aldıqdan sonra yuyub sonra geyinsinlər. Yuyucu tozlar bu işdə kifayət qədər dezinfeksiyaedici təsirə malikdir.”
İkinci əl mağazaların əməkdaşları isə bu məsələyə xüsusi diqqət yetirdiklərini deyirlər: “Bizə gələn geyimlər həm Avropada, həm də bizim ölkədə təmizlənir.Ona görə də təmiz olduqlarını əminliklə deyə bilirik. Söz-söhbətlər olur ki, bu geyimlər təmiz deyil, ölü paltarlarıdı. Bunları deyən insanlar paltarlarımız haqqında məlumatsızdır. Elə olur ki, insanlar bura tam fərqli düşüncədə gəlir, sonradan bizim daimi müştərimizə çevrilir. Bizim mağazamız ikinci əl adlansa da, satılan əksər geyimlər yeni, etiketi üzərində olan məhsullardır.”
Dezinfeksiya prosesinin necə həyata keçirildiyini biz də şahidi olmaq istədik. Təəssüf ki, təmizləyici mərkəzdən prosesi lentə almağımıza icazə verilmədi.
Müxbir: Qumral ƏLİYEVA
Vodeo: Nicat NİFTƏLİYEV