Məşhur "Malena" filmi haqda maraqlı faktlar - FOTOLAR
    • 11-12-2018, 15:47
    • 6 310

Məşhur "Malena" filmi haqda maraqlı faktlar - FOTOLAR

“Onu ilk dəfə görəndə mənim 13 yaşım var idi. Zaman keçdi və mən çox qadın sevdim. Biz yaxın olanda, onların hamısı məndən “məni xatırlayacaqsanmı” - deyə, soruşurdular. Mən də “bəli, sizi xatırlayacam” deyə cavab verirdim. Amma heç vaxt unutmayacağım bir qadın var. Yalnız o, bu barədə məndən heçnə soruşmamışdı. O qadın Malena idi”. Bu sitatlar "Malena" filmindəki Renato obrazına aiddir...

News24.Az bu dəfə “Malena” filmi haqda 10 fakt təqdim edir:

1. Renato obrazını oynayan Cuzeppe Sulfaro müsahibəsində deyib ki, o real həyatda heç vaxt çılpaq qadın görməyib. Monika Belluççi onun çılpaq gördüyü ilk qadın olub.

2. Cuzeppe Sulfaro filmdə Renato və Lupeta (fahişə) arasında olan seksual səhnədə həqiqətən çılpaq olub. Həmin səhnədə dublyordan istifadə olunmayıb.  

3. Siciliyalıların dialekti Monikanın doğma italyan dilindən hiss olunacaq qədər fərqli olduğu üçün, o, öz obrazına görə Siciliyalıların dialektini öyrənməli olub.

4. Film ABŞ və Böyük Britaniyada güclü senzuraya məruz qalıb. Filmin kəsilməmiş İtalyan versiyası 105 dəqiqəlik xronometrajda olduğu halda, BB versiyası kəsilərək 88 dəqiqəyə qədər azaldılıb. “Malena”nın ABŞ versiyası isə 92 dəqiqədir. Bu da filmin 16%-dən artıq xronometrajının kəsilməsi anlamına gəlir.

5. Baxmayaraq ki, filmdə Renato obrazının 12 yaşı var, filmin istehsal mərhələsində aktyor Cuzeppe Sulfaronun 15 yaşı var idi.

6. Filmin süjeti 1971-ci ildə yayımlanan “42-ci ilin yayı” filminin süjetinə bənzəyir.

7. Filmin çəkilişləri bitəndən sonra Monika Belluççi Persefon obrazı ilə “The Matrix Reloaded”(2003-cü il) və “The Matrix Revolutions”(2003-cü il) filmlərində rol almışdı.

8. Filmdə Renatonun atası onu cinsi əlaqədə olması üçün fahişəxanaya aparır. Bunu etməklə o, qanunu pozmuş olur. Çünki həqiqətdə 16 yaşına çatmamış yeniyetməyə cinsi əlaqədə olmaq qanuna ziddir ki, bu da filmdə öz əksini tapıb.

9. Film Lusiano Vinçenzoninin eyniadlı əsəri əsasında çəkilib.

10. Filmin rejissor versiyası 108 dəqiqədir.

Hazırladı: Səməd AĞAYEV