32 milyardı nəyə xərcləmişik? - RƏSMİ
    • 11-12-2018, 15:55
    • 1 167

32 milyardı nəyə xərcləmişik? - RƏSMİ

2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 32,4 milyard manat olub. 

News24.az xəbər verir ki, dövlət Statistika Komitəsinin məlumatına görə, ticarət dövriyyəsinin 16 milyard 272,7 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 164,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Satılan məhsulların dəyəri ötən ilin eyni dövründəkindən ərzaq məhsulları üzrə 2,2 faiz və qeyri-ərzaq üzrə 3,3 faiz çoxdur.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2017-ci ilin yanvar-noyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi32 436,8102,7
o cümlədən:
ərzaq məhsulları14 877,0102,4
içkilər və tütün məmulatları1 395,7100,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar6010,2103,4
elektrik malları və mebellər2 009,6102,7
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları234,5102,3
əczaçılıq və tibbi mallar433,6102,4
avtomobil yanacağı 1 867,0101,9
digər qeyri-ərzaq məhsulları    5 609,2103,8
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.