Təranə: "Nazənin yenə yalan danışır" – Məhkəmə kağızı üzə çıxdı - FOTO
    • 11-12-2018, 16:30
    • 3 162

Təranə: "Nazənin yenə yalan danışır" – Məhkəmə kağızı üzə çıxdı - FOTO

Müğənni Təranə Qumralla Nazənin arasındakı qalmaqal səngimək bilmir.

News24.az xəbər verir ki, tərəflərin məhkəmə prosesi yeni mərhələyə qədəm qoyub. Belə ki, uzun müddət sürən çəkişmə sonda Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumralın 4 min manat məbləğində cərimə edilməsi ilə başa çatıb.

Təranə Qumral saytımıza açıqlamasında bildirib ki, Nazənin onu Ali Məhkəməyə verib:

"Nazəninin istəyi məni həbs etdirmək idi. Məhkəmə isə sonda məni 4 min manat cərimələdi. Və bununla da məsələ mənim üçün qapandı. Amma o, bununla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi və qərar yenə qüvvədə qaldı.

Mediada da yalan xəbərlər yaydı ki, guya, mən şikayət etmişəm, mən məhkəməyə vermişəm. Onun vəkili yalan özlərinin verdiyi məhkəməni mənim adıma çıxarmağa çalışır. Nazənin yenə də yalan danışdı.

Halbuki, apellyasiyanın qərarından da narazı qalan Nazənin indi də ayın 7-si məni Ali Məhkəməyə verib".