-
- 9-05-2022, 16:41
- 529
Jurnalistə hücumla bağlı mətbuat konfransı keçirilib
Bakıda jurnalist Aytən Məmmədovaya hücumla bağlı mətbuat konfransı keçirilib.
News24.az xəbər verir ki, brifinqdə jurnalistlər Şəmşad Ağa, Aynur Elgünəş, Kamran Mahmudov, “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov, Zaur Əkbər və Zəfər Əhmədov iştirak edib.
Jurnalist Aynur Elgünəş bildirib ki, Aytən Məmmədova bundan əvvəl də Nərmin Quliyeva işi ilə bağlı təzyiqlərə məruz qalıb.
“Aytən 20 ildir jurnalist fəaliyyəti ilə məşğuldur. O, jurnalist fəaliyyətinə görə təhdid olunub. Onun heç bir siyasi iddiası olmayıb. Aytən müxtəlif generallarla bağlı araşdırmalar aparırdı. Aytən heç də İlkini müdafiə etmir. Amma məhkəmənin gedişi insanda bəzi şübhələrin yaranmasına əsas verir.
Biz artıq müraciət yaymışıq. Ümid edirik ki, sonda çıxıb deməyəcəklər ki, özü-özünü bıçaqlayıb.
Aytənə hücum olanda binanın blokunun işığı sönülü olub. Deməli, bu, əvvəlcədən planlaşdırılmış hücumdur”, - A.Elgünəş əlavə edib.
Qeyd olunub ki, məsələ barədə Azərbaycan Prezidenti İlham Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlanıb./Qafqazinfo/