Nazirlər Kabinetinin Aparatında Heydər Əliyevin xatirəsi anılıb

Nazirlər Kabinetinin Aparatında Heydər Əliyevin xatirəsi anılıb Siyasət
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında  Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.

News24.az xəbər verir ki, mayın 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Baş nazirin müavinləri və Nazirlər Kabineti Aparatının rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Ümummilli liderin Nazirlər Kabineti Aparatının binasındakı heykəli önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.