“Avroviziya”nın finalında iştirak edəcək ilk 10 ölkə - Video+Yenilənib
    • 11-05-2022, 01:23
    • 572

“Avroviziya”nın finalında iştirak edəcək ilk 10 ölkə - Video+Yenilənib

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir. 

Birinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi çıxış edəcək: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.

Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən müğənni Nadir Rüstəmli ikinci yarımfinalda çıxış edəcək.

SMS-səsverməsinin nəticələrinə əsasən, yarışmanın final mərhələsinə keçən 10 ölkə:

İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland. 

Müsabiqənin birinci yarımfinalı başa çatdı./Qafqazinfo.az/