Neftçalada Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri pul vəsaitlərinin mənimsəyib
    • 11-05-2022, 10:07
    • 392

Neftçalada Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri pul vəsaitlərinin mənimsəyib

Neftçala rayonu, Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı  ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Neftçala rayon prokurorluğundan News24.az-a verilən məlumata görə bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə  2196 manat məbləğində pul vəsaitini öz qulluq səlahiyyətlərindən istifadə etməklə etibar edilmiş bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.