Zelenskinin ordusu vətən xainlərinin izinə düşdü - Bələdiyyə məclisinin katibi saxlanıldı - FOTO
    • 11-05-2022, 15:59
    • 640

Zelenskinin ordusu vətən xainlərinin izinə düşdü - Bələdiyyə məclisinin katibi saxlanıldı - FOTO

Ukrayna xüsusi təyinatlıları rus qoşunlarına kömək etməkdə şübhəli bilinən satqınların müəyyən edilməsi üçün hərəkətə keçib.
 
News24.az xəbər verir ki, bu adlardan biri, hərbi, polis və terrorla mübarizə üzrə  mütəxəsisslərin adlarını açıqlamaqda ittiham olunan şəhər şurasının katibi Nadiya Antonovadır. O Ukrayna xüsusi təyinatlılarının əməliyyatı nəticəsində yaxalanıb.  
 
Vətənə xəyanətdə ittiham olunan şəhər şurası katibini tutmaq üçün elit “Alpha Force” bölmələri və gizli kəşfiyyat agentləri kontingentləri birgə əməliyyat keçirib. 
 


Nadiya Antonova yerli müqavimətin onurğa sütununu təşkil edəcək əsgərlərin, polislərin və terrorla mübarizə üzrə ekspertlərin adlarını açıqlamaqda ittiham olunur. O rus işğalçılarına kömək etdiyi üçün artıq qolu qandallanıb. 
 
Əməliyyat Xarkov vilayətinin çölündə, Kutuzivkada həyata keçirilib. Əməliyat qrupu Antonovanı bombalanmış hökumət binasının zirzəmisində həbs edib. 
 
O isə cavabında hərbçilərə bunu deyib: "Xain! Elə bilirsən ki, satqın tapmısan? Ayıb olsun sənə. Mən bütün vaxt ərzində burada olmuşam. Səncə, biz burada necə yaşayırıq?". /Moderator.az/