“Prezident və birinci xanımın Qarabağa hər səfəri ayrı bir hadisəyə çevrilir” - Deputatdan ŞƏRH
    • 12-05-2022, 11:51
    • 338

“Prezident və birinci xanımın Qarabağa hər səfəri ayrı bir hadisəyə çevrilir” - Deputatdan ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri ayrıca bir hadisəyə çevrilir”.

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Ona görə ki, edilən səfərlər addım-addım illərlə həsrətində olduğumuz, xəyallarımızda qurduğumuz böyük qayıdışı reallaşdırır".

Onun sözlərinə görə, may ayının 10-da təkcə Füzuli rayonunda bir sıra mühüm obyektlərin təməli qoyuldu: "Bunların sırasında 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının və ildə 800 tələbə qəbul edə biləcək Peşə Liseyinin təməlinin qoyulması azad edilmiş ərazilərimizdə məskunlaşmanın və məşğulluğun təmin edilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda Füzuli şhərində yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisinin seçilməsi və orada Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın ağac əkməsi təkcə yeni parkın təməlinin qoyulması deyil, həm də illərlə erməni vandallarının ekologiyamıza vurduqları zərərin dünyaya nümayiş etdirilməsi və Azərbaycanın bu barbarlığa cavab verməsi hadisəsi idi.

Səfər çərçivəsində Şuşada tarixi abidələrimizin bərpa edilməsi, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən görülən işlər, mədəniyyət paytaxtımızın tarixi simasının bərpa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ziyalı mühitinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri, məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin restavirasiya edilməsi Heydər Əliyev Fondunun maddi-mədəni irsimizin bərpa edilərək yenidən xalqımıza qazandırlıması isiqamətində həyata keçirilən böyük işlərin davamıdır.

Heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşadan məhz may ayının 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Azəraycan xalqına müraciə etməsi dövlətçilik tariximiz və milli yaddaşımızın yenilənməsi baxımdan xüsusi məna kəsb edirdi. Çünki Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Torpaqlarımızın işğaldan azad edilməsi isə milli dövlətçiliyimizin xilas olunması idi. Məhz Prezident İlham Əliyev xalqımızın ümummilli arzusunu reallığa çevirən Müzəffər Ali Baş Komandan kimi, dövlətçiliyimizin gələcəyini təmin edən böyük siyasətçi kimi xalqımıza müraciət edərək keçdiyimiz bu zəfər yolunu Heydər Əliyev ideya və arzularının təntənəsi kimi qiymətləndirdi. Onu Azərbaycan dövlətçiliyinin banisi adlandırdı. Bu mənzərə qürurverici idi və hər bir azərbaycanlıda fəxarət hissi yaradırdı".