-
- 12-05-2022, 14:56
- 621
Dizel niyə limitlə verilir? – Yeni bahalaşma dalğası gəlir? – Ekspertdən XƏBƏRDARLIQ
Sosial şəbəkələrdə paytaxtdakı yanacaqdoldurma məntəqələrində dizelin satışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, “Azpetrol” yanacaqdoldurma məntəqəsindən başqa, digər YDM-lərdə dizel limitlə satılır.
News24.az-ın əməkdaşı məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.
O, məsələyə belə münasibət bildirib: “Dizel hələ ki, Azərbaycanda istehsal olunur. “Aİ-92” və “Aİ-95” markalı benzinlə bağlı problemlər mövcuddur. Biz “Aİ-95” markalı benzini istehsal etmirik. Bu benzini əsasən, Ruminiya və Rusiyadan alırıq. “Aİ-92”-nin istehsalında isə Neft Emalı Zavodunda (NEZ) moderinizasiya və yenidənqurma işləri ilə əlaqədar azalma müşahidə edilir. Dizelin qiyməti isə dövlət tərəfindən tənzimlənir. Azərbaycanda “Aİ-95” markalı premium benzin Tarif Şurasının siyahısından çıxarılıb. Məqsəd qiymətlərin müəyyənləşdirilməsini bazarın ixtiyarına verməkdir. Əslində belə deyil. “Aİ-95” markalı premium benzinin qiymətlərini SOCAR-ın törəmə şirkətləri təyin edir. Ona görə də dizellə bağlı hər hansı bir qərar olarsa, bu, dövlət tərəfindən verilə bilər, bazar tərəfindən yox. Dünyada dizelin ucuzlaşmasının və ya bahalaşmasının Azərbaycana birbaşa təsiri yoxdur. Çünki istehsalçı ölkəyik, idxalçı yox”.
Ekspert əlavə edib ki, dizelin bahalaşması ilə bağlı dövlət tərəfindən qərar verilərsə, iqtisadiyyatda növbəti qiymət artımı dalğası ola bilər: “Çünki aqrar sahədə dizel yanacağının kifayət qədər payı var. Aqrar sahədə kənd təsərrüfatı məhsullarının istehsalında dizel yanacağının maya dəyərindəki payı bəzi hallarda 40-45 faiz civarında olur. Əgər dizel yanacağının qiyməti bahalaşsa, paralel olaraq kənd təsərrüfatı məhsulları da bahalaşacaq. Bu isə ölkədəki tüğyan edən inflyasiyanı daha da sürətləndirə bilər”.