“Öyrən, Əylən, Peşəni seç!”  festivalı keçiriləcək
    • 12-05-2022, 19:10
    • 321

“Öyrən, Əylən, Peşəni seç!” festivalı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək. 

News24.az xəbər verir ki, “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaq.  

Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçiriləcək.  

İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olma  imkanı yaradılacaq, peşə və ixtisas seçiminə dəstək göstəriləcək. 

Festivala ilk olaraq 15 may tarixində Şamaxı şəhərində start veriləcək. 

Ümumilikdə,  Festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:
Şamaxı -15 may
Sumqayıt - 17 may 
Lənkəran - 19 may 
Şirvan - 21 may 
Bakı - 23 may 
Şəki - 25 may
Mingəçevir - 27 may 
Bərdə - 30 may 
Gəncə - 1 iyun 
Qazax - 2 iyun

Festival çərcivəsində təqdim olunacaq peşələr isə bunlardır:
Aşbaz
Dərzi
Bərbər-vizajist
Frontend developer
Qrafik-dizayner
İnteryer-dizayner
Kompüter proqram təminatçısı
Elektrik
Təmirçi çilingər
Elektron cihazların təmirçisi

Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olacaqlar. Tədbirdə iştirak ödənişsizdir.

Öyrən, Əylən, Peşəni seç!