Əməkdar incəsənət xadimi vəfat etdi
    • 12-05-2022, 20:47
    • 382

Əməkdar incəsənət xadimi vəfat etdi

Yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Musa Bağırov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqi məlumat yayıb.

Musa Ağabəy oğlu Bağırov 10 may 1932-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib.

1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yaranıb. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.

Allah rəhmət eləsin!