Bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
    • 13-05-2022, 00:17
    • 337

Bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.