-
- 16-05-2022, 12:36
- 333
Azərbaycanda baş verən qəzaların sayı artıb
Azərbaycanda magistral avtomobil yollarında baş verən qəzaların sayı artıb.
News24.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında magistral avtomobil yollarında 64 qəza olub.
Bu isə ötən illə müqayisədə 36,2 faiz artım deməkdir.
Yaşayış məntəqələrində isə 339 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu isə ötən illə müqayisədə 3 faiz artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olub. Onlardan 183-ü həlak olub, 373-ü isə yaralanıb. Hadisələrin 48,9 faizi gündüz, 35 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş verib, 29 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 44,9 faiz artaraq 129 nəfər, yaralananların sayı isə 0,9 faiz azalaraq 335 nəfər olub./Report/