Serbiyada 97 məktəb  bomba təhdidindən sonra təhsili dayandırıb
    • 16-05-2022, 12:47
    • 433

Serbiyada 97 məktəb bomba təhdidindən sonra təhsili dayandırıb

Serbiyada bir çox məktəbdə bomba təhdidindən sonra təhsil dayandırılıb.

News24.az xəbər verir ki, Serbiyanın Təhsil, Elm və Texnologiyanın İnkişafı Nazirliyi paytaxt Belqradda 97 ibtidai məktəb və bəzi liseylərə bomba təhdidlərinin edilməsindən sonra bütün məktəblərdə təhsilin dayandırıldığı bildirilib.

Bildirilib ki, səhər saatlarında edilən bildirişdən sonra bütün valideynlərə məlumat mesajı göndərilib, məktəbə gələn şagirdlər evlərinə yola salınıb.

Araşdırmalardan sonra bomba təhdidlərinin saxta olduğu müəyyən edilib.