Bakıda məktəbli qız evdən qaçdı - “Tiktok”da tanış olduğu oğlanla cinsi əlaqəyə girdi
    • 17-05-2022, 16:36
    • 414

Bakıda məktəbli qız evdən qaçdı - “Tiktok”da tanış olduğu oğlanla cinsi əlaqəyə girdi

Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş daha bir şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Ağsu rayon Qaraqoyunlu kənd sakini, 1997-ci il təvəllüdlü Elxan Quliyev barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsi ilə iş açılıb.

Araşdırma zamanı məlum olub ki, Elxan “Tiktok” sosial şəbəkəsində 2020-ci ildə 2005-ci il təvəllüdlü Lamiyə (şərti) adlı qızla tanış olub. Təxminən 2 ay yarım yazışdıqdan sonra onlar görüşüblər. Belə ki, spirtli içki qəbul etdiyinə görə, anası Lamiyəni danlayıb, o da evdən qaçaraq Elxanın yanına gedib. Elxan Lamiyəni əmisi oğlunun Nəsimi rayonunda yerləşən kirayə tutduğu mənzilə aparıb. Burada onlar yeyib-içiblər. Belə ki, Elxan, əmisi oğlu, həmin şəxsin sevgilisi və Lamiyə birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər. Bundan sonra gecə saatlarında Elxan yetkinlik yaşına çatmayan qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. 1 gün sonra isə o, əmisi oğlunun maşını ilə Lamiyəni yaşadığı qəsəbəyə aparıb və Ağsuya-yaşadığı kəndə qayıdıb.

Lamiyə evə qayıtdıqdan sonra anası onu sorğu-suala çəkib və qızının 1 gün əvvəl sosial şəbəkədə tanış olduğu oğlanla cinsi əlaqədə olduğunu öyrənib. Qadın bu barədə polisə məlumat verib.

Məhkəmədə təqsirləndirilən şəxs Lamiyənin ona 19 yaşında olduğunu dediyini, onların razılıq əsasında cinsi əlaqədə olduğunu deyərək bəraət istəyib.
Elxan Quliyev barəsində açılmış cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb. Hakim Solmaz Mustafayevin sədrliyi ilə keçirilən prosesdə aprelin 19-da hökm elan edilib və Elxan Quliyev 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.