“Umid var” xeyriyyə cəmiyyəti seminar keçirəcək
    • 13-12-2018, 11:39
    • 1 030

“Umid var” xeyriyyə cəmiyyəti seminar keçirəcək

Dekabrın 21-də Park Inn Hoteldə saat 14.00-da “Umid var” xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə mütəxəssis klinik psixoloq, uşaq və böyük psixoterapevti Sevinc İsmayılovanın psixoloji seminarı olacaq.

News24.Az xəbər verir ki, xeyriyyə məqsədi ilə kecirilən seminarın mövzusu “Ailə daxili münasibətlər və uşaqlarda davranış problemlərinin yaranma səbəbləri”dir.

Qeyd edək ki, Turkiyədə ingilis dilinde oxuyaraq, mütəxəssis səviyyəsinə yiyələnən Sevinc İsmayılova REBT terapiyasını Amerika Psixologiya Assosiasiyasının təsdiqlədiyi Albert Ellis İnstitundan ve Kids Skill Filandiya Terapiyasını Helsinki Institutundan tehsilini alıb. Valideyinlər üçün çox faydalı olacaq seminarda onlar uşaqlarında yaranan problem davranışların səbəblərini öyrənəcəklər, aqressivləşən, Histerik uşaqlar, manipulasiya etmək istəyən, vuran, dişləyən, sındıran, oğurluq, yalan danişan, dirnaq yemə, barmaq əmmə, cinsi stimulasiya, DEHB (diqqer eksikliyi hiperaktiv pozuntu), qarşı gəlmə pozuntusu, psikopatik uşaqlarla necə baş edə biləcəklərinin yolları ilə tanış olacaqlar.

Tədbirdən əldə olunan gəlir xəstəlikdən əziyyət çəkən hər hansı bir uşağın əməliyyatına sərf ediləcək. 

News24.Az