Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik etdi - FOTO
    • 19-05-2022, 17:25
    • 354

Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik etdi - FOTO

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəni 19 May-Atatürkü anma, Gənclər və İdman Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "Twitter"də paylaşım edib.

“Qardaş Türkiyəni 19 May-Gənclər və İdman Bayramı münasibətilə təbrik edirik. Başda Qazi Mustafa Kamal Atatürk olmaqla Milli Mübarizə qəhrəmanlarını hörmət və ehtiramla anırıq”, - paylaşımda bildirilib.