![Gədəbəydə 3 nəfər dəm qazından zəhərlənib, ölən var](/uploads/posts/2022-05/1653070016_4feaf0a815a364fc2a59ca5fbb12bf7f.jpg)
-
- 20-05-2022, 22:07
- 370
Gədəbəydə 3 nəfər dəm qazından zəhərlənib, ölən var
Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
News24.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.
Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.