Almaniyada tornado nəticəsində 40 nəfər xəsarət aldı
    • 21-05-2022, 01:46
    • 357

Almaniyada tornado nəticəsində 40 nəfər xəsarət aldı

Almaniyanın qərbində tornado azı 40 nəfəri vurub. 

Bu barədə "Tabloid Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, Şimali Reyn-Vestfaliya federal əyalətində bir neçə tornado qeydə alınıb.

Axşam saatlarında Lipstadt şəhərində tornadonu müşayiət edən leysan yağışlar və ildırım dəmiryolu və avtobus nəqliyyatının işini pozub.

Təbii fəlakət zonasında xilasetmə işləri davam etdirilir.