-
- 24-09-2018, 15:30
- 1 769
Xəzərdə tornado olub? - RƏSMİ AÇIQLAMA -VİDEO
"Xəzər dənizinin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənov belə deyib.
Onun sözlərinə görə, bu təbii fəlakət Xəzərin Azərbaycan hissəsi üçün xarakterik deyil: "Ona görə xarakterik deyil deyirik ki, bu günə kimi müşahidə olunmayıb".
"Sosial şəbəkələrdə yayılan videonun Xəzər dənizində olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılmalıdır" - deyə, direktor bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə azərbaycanlı tərəfindən çəkilmiş, tornadonun əks olunduğu video yayılıb. Sosial şəbəkə istifadəçiləri isə bu videonun Xəzər dənizinin Azərbaycan hissəsində çəkildiyini iddia edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva isə news24.az-a bildirib ki, stansiyalarda son günlər təbii fəlakətlə bağlı hər hansı məlumat qeydə alınmaması səbəbindən hadisənin dəqiq vaxtı və başvermə ərazisini nə təsdiqləmək, nə də inkar etmək mümkündür: "Sosial şəbəkələrdə yayılan video görüntüdə müşahidə etdiyimiz proses smerç (burulğan) hadisəsidir. Bu hadisə Xəzər dənizi akvatoriyası üçün, demək olar ki, nadir hadisədir.
Mütəxəssis qeyd edib ki, smerç hadisəsi praktiki olaraq qabaqcadan proqnozlaşdırılması, hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir.
U.Tağıyeva xatırladıb ki, son onilliklərdə Xəzər dənizinin şimal akvatoriyasında (Qazaxıstanda, Mahaçqalada) belə burulğanlar müşahidə olunub.
Şəlalə