Ərdoğanın İsveç və Finlandiya liderləri ilə telefon danışığı oldu
    • 21-05-2022, 18:28
    • 367

Ərdoğanın İsveç və Finlandiya liderləri ilə telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.

Bu barədə Prezident Niinistö “Twitter“də bildirib.

“Prezident Ərdoğanla açıq və birbaşa telefon danışığım baş tutdu.

Mən bəyan etdim ki, NATO müttəfiqləri kimi Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə öhdəlik götürəcək və beləliklə, əlaqələrimiz daha da güclənəcək.

Finlandiya terrorizmin bütün forma və təzahürlərini pisləyir. Yaxın dialoqumuz davam edir”, - Finlandiya Prezidenti qeyd edib./Apa.az/