Ukraynada hərbi vəziyyəti daha 3 ay müddətinə uzadılıb
    • 22-05-2022, 16:09
    • 518

Ukraynada hərbi vəziyyəti daha 3 ay müddətinə uzadılıb

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyəti daha 3 ay müddətinə uzatmaq barədə qərar verib.

News24.az xəbər verir ki, hərbi vəziyyət müddətinin uzadılması barədə qanun layihəsini ölkə Prezidenti Vladimir Zelenski təqdim edib.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti mayın 24-dək qüvvədə idi.