İranda 5,5 bal gücündə zəlzələ baş verib

İranda 5,5 bal gücündə zəlzələ baş verib Dünya
İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidanda da hiss olunub.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 12:06-da episentri Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Sercengel bölgəsində qeydə alınıb .

Zəlzələnin 16 kilometr dərinlikdə baş verdiyi deyilir.

Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Əli Rıza Şehreki, 5,5 bal gücündə zəlzələnin vurduğu ziyanı müəyyən etmək üçün bölgəyə araşdırma qruplarının göndərildiyini açıqladı.