İngiltərədə çayda insan qalıqları tapılıb
    • 23-05-2022, 16:58
    • 241

İngiltərədə çayda insan qalıqları tapılıb

 İngiltərənin ən uzun çayı olan Severndə tapılan insan qalıqları ölkəni şoka salıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisəni araşdıran qruplar cəsədin bir müddət çayda sürükləndiyini bildirib. Meyitin kimə aid olduğu hələlik məlum deyil.

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları gəlib. Qalıqları sudan çıxaran rəsmilər sümüklərin insana aid olduğunu təsdiqləyib.Cəsədin uzun müddət suda qaldığı bildirilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Hazırda qruplar mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılıb.