Türkiyədə satıcılar arasında silahlı insident yaşanıb, 7 NƏFƏR YARALANIB
    • 23-05-2022, 17:10
    • 286

Türkiyədə satıcılar arasında silahlı insident yaşanıb, 7 NƏFƏR YARALANIB

İstanbul şəhərinin Fatih bölgəsində satıcılar arasında silahlı insident yaşanıb.

News24.az “NTV”yə istinadən xəbər verir ki, atışma nəticəsində 1-i polis olmaqla 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Bildirilir ki, atışma əvvəlcədən aralarında düşmənçilik olan iki qrup arasında baş verib. Polis hadisədə şübhəli bilinən 27 nəfəri saxlayıb.

Atışma bir neçə dəqiqə ərzində davam edib və ətrafdakılar tərəfindən lentə alınıb.