Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı
    • 24-05-2022, 00:54
    • 328

Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirib.

37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin 1/4 finalında çinli Dinq Lirenlə üz-üzə gəlib. İlk 2 partiyada məğlub olan Məmmədyarov 3-cü dueldən qalib ayrılıb. 4-cü qarşılaşmada isə heç-heçə qeydə alındığından, Azərbaycan təmsilçisi yekunda 1,5:2,5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Digər 1/4 final cütlərində niderlandlı Aniş Giri norveçli Aryan Tari ilə, Karlsen ispaniyalı David Antonla, çinli Vey Yi hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşır. Həmin cütlərdə hələlik qalib müəyyənləşməyib.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.