Londonda yeni metro xətti istifadəyə verilib
    • 24-05-2022, 11:38
    • 272

Londonda yeni metro xətti istifadəyə verilib

Böyük Britaniyanın paytaxtı Londonda yerüstü və yeraltı dəmir yolu rabitəsi sisteminə inteqrasiya olunmuş “Crossrail” dəmir yolu nəqliyyatının yeni istiqaməti açılıb.

News24.az TASS-a istinadən xəbər verir ki, ilkin mərhələdə qatarlar bazar günü istisna olmaqla, həftənin altı günü səhər saat 06:30-dan axşam 23:00-dək hərəkət edəcək.

Hazırkı Böyük Britaniya monarxının adını daşıyan “Yelizavet” xəttinin açılışı taxta çıxmasının 70 illiyi münasibətilə keçiriləcək genişmiqyaslı milli bayramlara təsadüf edir.

Qatarlar doqquz vaqondan ibarətdir və 1500-dək sərnişini qəbul edir. Hər il, təxminən, 200 milyon insanın “Crossrail”dən istifadə edəcəyi gözlənilir.

Xatırladaq ki, inşasına 2009-cu ildə başlanılan layihə 19 milyard funt-sterlinqə (23,7 milyard ABŞ dolları) başa gəlib. “Crossrail”in yaradılması prosesinə ümumilikdə 75 minə yaxın insan cəlb olunub.