Bayılda 51 yaşlı kişinin meyiti tapıldı
    • 24-05-2022, 17:03
    • 259

Bayılda 51 yaşlı kişinin meyiti tapıldı

Bakı şəhər Səbail rayonu ərazisindəki evlərdən birindən meyit tapılıb.

News24.az-ın məlumatına görə, axşam saatlarında Bayıl qəsəbəsi A.Məmmədov küçəsində yerləşən həyət evindən 1971-ci il təvəllüdlü Kulakovski Dmitri Vladimiroviçin meyiti tapılıb.

Onun ölüm səbəbi məlum deyil.

Faktla bağlı hüq-qmühafizə orqanları araşdırma aparır.