Almaniyada meymunçiçəyinə yoluxanlar üçün 21 gün karantin tətbiq edəcək
    • 24-05-2022, 18:26
    • 389

Almaniyada meymunçiçəyinə yoluxanlar üçün 21 gün karantin tətbiq edəcək

Almaniyada meymunçiçəyi xəstəliyinə yoluxan şəxslər üçün karantin tətbiq ediləcək.

News24.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyanın səhiyyə naziri Karl Lauterbax açıqlayıb.

Onun sözlərinə görə, sözügedən xəstəliyə yoluxan şəxslər minimum 21 gün karantin rejimində saxlanılacaq.

Bununla yanaşı, meymunçiçəyinə yoluxmuş şəxslərlə təmasda olanların da özünütəcrid etməsi ciddi olaraq tövsiyə edilir.

Qeyd edək ki, son günlər Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə, İsveç, Danimarka və Sloveniyada meymunçiçəyinə yoluxma aşkar olunub. Mayın 23-nə olan məlumata görə, Almaniyada meymunçiçəyinə 4 yoluxma halı qeydə alınıb.