Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
    • 26-05-2022, 09:49
    • 439

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.
 
Təhsil Nazirıiyindən News24.az-a verilən məlumata görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.