-
- 14-12-2018, 12:40
- 2 543
Ruhi Əliyeva Sibel Canla görüşdü - FOTO
Xəbər verdiyimiz kimi, gələn ilin mart ayının 8-i məşhur Türk müğənnisi Sibel Canın Bakıda möhtəşəm konsert proqramı baş tutacaq.
Bununla əlaqədar tanınmış iş xanımı “Liatris Holding”in rəhbəri Ruhi xanım Əliyeva Türkiyənin İstanbul şəhərinə səfər edib. Səfərin məqsədi Sibel Can və onun yaradıcı komandası ilə görüşüb, konsertin detalları haqda danışıqlar aparmaq olub. Danışıqlar üçün Ruhi xanımın özünün İstanbula gəldiyini eşidən türk sənətçisi hörmət əlaməti olaraq onu evinə dəvət edib.
Görüş haqda təəssüratlarını R. Əliyeva şəxsi instagram hesabında bölüşərək, bunları yazıb:
“Xoş gördük dəyərli izləyicilərim. Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər edib, Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşdüm. Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi. Xeyli söhbət etdik. Konsert üçün onu seçməyimizdən çox məmnun olub, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağız dolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. Buna görə müjdəli xəbəri ilk olaraq, əziz izləyicilərimlə bölüşmək istədim. Xəbəriniz olsun ki, "Liatris Holding"in təşkilatçılığı ilə 2019-cu ilin 8 martında Bakıda məşhur Türk müğənnisi Sibel Canın konsert proqramı baş tutacaq! Ətraflı detallar barədə yaxın günlərin birində məlumat verəcəyik. Əminəm ki, elə indidən sibelsevərlər konsertin baş tutmasını səbirsizliklər gözləyirlər. Hamınıza Sevgilərlə”!
Qeyd edək ki, “Liatris Holding”in təşkilatçılığı ilə ərsəyə gələcək sözügedən konsert türk müğənnilərinin sayca 2-ci konserti olacaq. Ondan əvvəl isə dekabrın 29-u holdingin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində türk müğənnisi Sılanın solo konserti reallaşacaq.
Azər NƏSİBOV