Bərdədə övladına toy edən ailənin evi yandı -FOTO
    • 27-05-2022, 20:57
    • 285

Bərdədə övladına toy edən ailənin evi yandı -FOTO

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Hadisə əslən Laçın rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində baş verib. İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar.

Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib.

Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib.

Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır./Trend.az/