Yaşlı kişi evdə diri-diri yandı - Video
    • 22-02-2022, 13:35
    • 419

Yaşlı kişi evdə diri-diri yandı - Video

Şəkidə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə saat 19 radələrində Şəki şəhəri 4-cü rayon Guləhli məhəlləsində, 1952-ci il təvəllüdlü Rüstəm Nurəddin oğlu Mustafayevə məxsus, ümumi sahəsi 80 kvadrat metr olan ikimərtəbəli beş otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 60 yaşlı Rüstəm Mustafayevin yanmış meyiti aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Evə bitişik tikilmiş, ümumi sahəsi 130 kvadrat metr olan ikimərtəbəli digər evin dam örtüyünün 15 kvadrat metrlik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. /APA.TV/ 

Faktla bağlı araşdırma aparılır.