-
- 27-05-2022, 23:31
- 376
Ağalı kənd tam orta məktəbində distant təhsil həllərinin təqdimatı keçirildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfəri çərçivəsində Ağalı kəndində kənd orta məktəbi ilə də tanış olublar.
News24.az xəbər verir ki, kənd tam orta məktəbinə baxış zamanı distant təhsil həllərinin təqdimatı keçirilib.
Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə canlı bağlantıda Prezident İlham Əliyev deyib: Əminəm ki, Ağalı məktəbi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin arasında əlaqələr bundan sonra da davam edəcək. Burada oxuyan uşaqlar gələcəklər Bakıya, sizin şagirdlərinizlə, eyni zamanda, müəllim heyəti ilə görüşəcəklər. Yəni, bu təmaslar davamlı olmalıdır, həm distant təhsillə bağlı, eyni zamanda, canlı təmaslara da böyük ehtiyac var. Yaxın günlərdə ilk vətəndaşlar burada məskunlaşacaqlar. Ondan sonra yaxşı olardı ki, siz müəllimlər və eyni zamanda, uşaqlar buraya gələsiniz, bu gözəlliyi görəsiniz, necə deyərlər, bu videobağlantı artıq canlı bağlantıya keçsin.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçasının binasında monolit dəmir-beton, xarici və daxili divarların hörgü işləri, kommunikasiya xətlərinin çəkilişi və damın quraşdırılması üzrə işlər tam başa çatdırılıb, daxili və xarici bəzək işləri görülür. Göründüyü kimi, “Ağıllı kənd”də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır.