-
- 14-12-2018, 14:56
- 1 185
Bakıda bina tikən şirkət rəhbəri həbsdə dünyasını dəyişdi
Bakı şəhərində çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan “Əzizbəy-KM” MMC tikinti şirkətinin təsisçisi, 56 yaşlı Fuad Əhməd oğlu Mirzəyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində dünyasını dəyişib.
Fuad Mirzəyev 2014-cü ildə məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək 7,6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, cəzasını Penitensiar Xidmətin 6 saylı müəssisəsində çəkirdi.
Lakin infarkt keçirdiyindən bu yaxınlarda Xidmətin müalicə müəssisəsinə keçirilmişdi.
//Virtualorg