Müstəqillik gününü qeyd edən Bakıdan VİDEOREPORTAJ
    • 28-05-2022, 16:01
    • 843

Müstəqillik gününü qeyd edən Bakıdan VİDEOREPORTAJ

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçib, qəhrəmanlıq salnaməsi yazıb. Bu qəhrəmanlıq salnaməsinin ən önəmli günlərindən biri də məhz 28 May Müstəqillik günüdür. 
Biz xalq olaraq bu il müstəqillik günümüzü daha qürurla, daha fəxarətlə qeyd edirik. Çünki bu bayramı işğaldan azad, bütöv və qurucu Azərbaycan olaraq keçiririk. Sabaha ümidli, qüdrətli və dünya ölkələri arasında öz sözünü demiş xalq olaraq qutlayırıq. 
Bunu  ölkəmizin hər vətəndaşının dilindəki kəlmələrdən, üzündəki  ifadədən daha aydın görmək olar. Cavablar fərqli olsa da, hər kəsin düşüncəsi, arzusu və məramı birdir: