-
- 31-05-2022, 11:37
- 760
Şagirdlərin intiharlarında günahkar kimdir, valideynlər, yoxsa təhsil sistemi?
Son günlər şagirdlər arasında intihar halları yenidən aktuallaşıb. Son həftə ərzində iki şagird intihar edib. Şagirdlərin imtahan nəticələri zəif olduğu üçün intihar etdikləri deyilir. Əvvəlki illərə nəzər salsaq, görərik ki, buraxılış və qəbul imtahanları dönəmində intihar hadisələri daha çox baş verir.
Bu tendensiya cəmiyyəti narahat etməyə başlayıb. Bəs, səbəblər nədir? Hansı addımları atmalıyıq, problem nədən qaynaqlanır?
Təhsil eksperti Qoşqar Məhərrəmov məsələ ilə bağlı News24.az-a açıqlama verib:
“DİM rəsmiləri ali təhsil müəssisələrinə qəbul imtahanına salınan sualların dövlət proqramından kənara çıxmadığını deyir. DİM-in qaydalarına əsasən, hətta 200 bal toplayan, yəni 30 faiz nəticə göstərən abituriyentlər belə universitetə qəbul ola bilir. Azərbaycanda 200-250 balla ali təhsil ocaqlarında təhsil almaq mümkündürsə, deməli, universitetə girmək asandır. Sadəcə müəyyən ixtiaslar var ki, insanlar orada yarışırlar. Məsələn, 650 bal yığmağı qarşısına məqsəd qoyan şagird 600 bal yığırsa və nəticəsini tolerantlıqla qarşılamırsa, deməli, özündə və ya ailəsində bir problem var. Şagirdlər gözlənilməz hadisələrə qarşı psixoloji hazır deyillər. Bəzi şagirdlər isə uzun illər heç nə oxumadıqları halda yığdıqları bala təəssüflənirlər, nəticələri ilə razılaşa bilmirlər. Halbuki daha yaxşı nəticə yığmaq üçün heç bir cəhd göstərməyiblər”.
Ekspert əlavə edib ki, Azərbaycan məktəblərində psixoloji konsultasiya çox aşağı səviyyədədir: “Müəyyən istisnaları çıxmaq şərtilə Azərbaycan məktəblərində şagirdlərin psixoloji vəziyyətinin monitorinqi aparılmır. Bu monitorinqlər aparıldığı təqdirdə həssas şagirdləri daha tez ayırd etmək olar. Burada Dövlət İmtahan Mərkəzinin bir qəbahətinin olduğunu düşünmürəm. İmtahan hər yerdə stresli olur. DİM idrakı ölçən sualları tətbiq etməyə çalışdı, ancaq daha çətin olduğunu görüb, bundan geri çəkildi. Açıq sualların sayı azaldı və bu suallar daha sadə formaya çevrildi. Dünyanın istənilən ölkəsində açıq suallar standartlaşır ki, insanların şəxsi rəyləri ilə yoxlanılmasın”.
Q.Məhərrəmov vurğulayıb ki, Təhsil Nazirliyinin də bu məsələdə məsuliyyəti var: “Çünki verilən dərs keyfiyyəti qənaətbəxş deyil. Fundamental dəyişiklik təklif edirəm. Gəlin, universitetlərə qəbul imtahanının suallarını son 5 ildən yox, son 2 ildən salaq. Şagirdlər qəbul imtahanında 7,8, 9-cu siniflərin fənnlərindən azad olsunlar. İmtahan suallarını 10 və 11-ci sinifdən salsaq, dərs yükü azalacaq. Ancaq bir nüans var. 10 və 11-ci sinifdə tədrisin keyfiyyətini yaxşılaşdırmalıyıq. Belə olan halda 9-cu sinfə qədər şagird zəif oxusa belə, düşünəcək ki, “10 və 11-ci sinifləri yaxşı oxumalıyam ki, universitetə girim”. Bu halda şagirdlər daha məsuliyyətli olacaq.
Ümumiyyətlə, bizdə əvvəlcə valideyn və müəllimin təfəkkürü, daha sonra isə imtahanın sistemi dəyişməlidir”.