-
- 1-06-2022, 12:46
- 216
ABŞ nümayəndə heyəti “ASAN xidmət”də
31 may 2022-ci il tarixində ABŞ Konqresi üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
News24.az xəbər verir ki, qonaqları salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahəsində həyata keçirilən işlər və naliyyətlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu günədək 52 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Qonaqlar “ASAN xidmət” mərkəzlərinin, eyni zamanda Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət sahəsində həyata keçirilən işlərin onlarda böyük təssürat yaratdığını qeyd edib və yaxın gələcəkdə müvafiq istiqamətlər üzrə ABŞ-ın adiyyatı qurumları ilə Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olacağını bildiriblər.