Conni Depp keçmiş həyat yoldaşına qalib gəldi
    • 2-06-2022, 00:54
    • 473

Conni Depp keçmiş həyat yoldaşına qalib gəldi

Məşhur aktyor Conni Depp keçmiş həyat yoldaşı Amber Herdllə məhkəmə çəkişməsində qalib gəlib.

News24.az xəbər verir ki, məhkəmə aktrisanın keçmiç ərinə böhtan atdığı qənaətinə gəlib.

Altı həftə davam edən məhkəmənin sonunda verilən qərara əsasən aktrisa Deppə 15 milyon dollar təzminat ödəməli olacaq.

Qeyd edək ki, "The Rum Diary" filminin çəkiliş meydançasında tanış olan iki Hollivud ulduzu 2012-ci ilin əvvəlində görüşməyə başlayıblar.

Cütlük 2015-ci ildə ailə həyatı qurub. Lakin toydan 15 ay sonra boşanmaq üçün Los-Anceles məhkəməsinə müraciət edən Amber Hörd yanağındakı qançırmaya görə Conni Deppi günahlandırıb və onun uzaqlaşdırılması qərarını tələb edib.

Deppin ona zorakılıq etdiyini və cib telefonunu üzünə atdığını deyən aktrisa emosional və psixoloji zorakılığa da məruz qaldığını deyib.

Onun məhkəmə sənədində göstərilir ki, C. Depp tərəfindən düşməncəsinə və hədələyici hücumlar olub.

Aktyor isə bu iddiaları təkzib edib./Teleqraf.com/