-
- 2-06-2022, 20:14
- 862
Azərbaycan gündəlik xam neft hasilatını artırır
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 432 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Energetika Nazirliyindən News24.az bildirilib ki, iyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barel artırılaraq 706 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barel həcmində olması nəzərdə tutulur.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 30-cu iclasının iyunun 30-da keçirilməsi razılaşdırılıb.